F-1.az xatırladır ki, zelandiyalı sürücü Avstraliyada yarışı bitirən 15 sürücü arasında finişə sonuncu çatan pilot olmuşdu.
Brendon Hartli: “Bəhreyndə xoş xatirələrim var. 2015-ci ildə burada Mark Uebber və Timo Bernhardla birlikdə LMP1 çempionluğunu qazanmışdıq. Oraya qayıtmaq əla olacaq. Təqvimdəki ən yaxçı tras olmasa da, ən yaxşı tanıdığım traslardandır. Melburnda xal ala bilməsək də, müsbət tərəfləri çox idi. Ümid edirəm ki, Bəhreyndə məqsədimizə çatarıq. Məqsədimiz xal almaqdır”.