F-1.az xatırladır ki, Toro Rosso komandası o vaxt McLaren-ə bağlı olan Formula2 sürücüsü Lando Norrisi almaq istəyirdi.
Yeni zelandiyalı sürücü Formula1-də siyasətin fərqli olduğunu və burada hamının yumurta qabığı üzərində gəzdiyini deyib.
Brendon Hartli: “Yarışdan sonra toplantıya çağırıldım. Bir neçə dəqiqədən sonra Formula1 pilotu deyildim. Toplantıda çox söz deyilmədi. Monakodan etibarən mənim göndərilməyimlə bağlı planlar başlamışdı. Həmin axşam Monte Karlo küçələrinə uzun-uzun baxaraq mənzilimə gedirdim. Əgər o baryerlərə vursaydım, Formula1 karyeram o dəqiqə bitəcəkdi. Bütün sərbəst yürüşlərin vacib olduğunu bilirdim. Bunlar mənim gələcəyimə təsir edəcəkdi”.