F-1.az xatırladır ki, yeni zelandiyalı sürücü Toro Rosso komandası ilə Amerika yarışında debüt etmiş və daha sonra komandada saxlanılmışdı.
Brendon Hartli: “Sözün açığı, müqaviləmin 2018-ci ilə qədər uzadılacağını bilirdim. Buna görə açıqlama veriləndə təəccüblənmədim. Bu il fərqli seriyalarda yarışmağa davam edirəm. Çünki Toro Rosso-ya gec qoşuldum. Gələn il isə bütün mövsümü F1-də yarışacam və buna görə də başqa seriyalarda yarışmağım mümkünsüzdür. Başqa seriyalarda yarışanda tərzinizi də dəyişdirməlisiniz. Həmişə fərqli seriyalarda yarışmaq asan deyil. Buna görə ancaq Formula1-ə fokuslanmağa çalışacam”.