F-1.az xatırladır ki, 27 yaşlı sürücü ABŞ yarışı ilə Formula1-də debüt etsə də, etibarlılıq problemlərinə görə xal qazana bilməyib. Qeyd edək ki, zelandiyalı sürücü keçən il eyni zamanda Porsche ilə WEC-də Dünya Çempionu olub.
Brendon Hartli: “Porsche ilə yenə bir yerdə olacam, amma Formula1-dən başqa heç bir seriyada yarışmayacam. Bunun hesabına tam olaraq Formula1-ə fokuslanacam. Özümü həmişə ən yüksək səviyyədə göstərmək istəyirdim və indi əlimə düşən bu fürsəti dəyərləndirəcəm. Əvvəlki illərdə əlimə düşən bütün fürsətləri dəyərləndirib bütün seriyalarda yarışmaq istəyirdim, lakin bu indi mümkün deyil. Formula1 yüksək səviyyədədir və burada olmaq üçün var qüvvənizlə işləməlisiniz”.