B.Hartli: “Əziyyətimizin bəhrəsini görmək istəyirik”

Toro Rosso komandasının sürücüsü Brendon Hartli bildirib ki, "qırmızı buzovlar" testlərdə gözləntiləri maksimum qarşılayıblar. .

F-1.az xatırladır ki, Qasli və Hartli cütlüyü testlərdə 498 dövrə vurub. Yeni zelandiyalı sürücü ümumi cədvəldə 13-cü olub.

Brendon Hartli: “Komandada hamı motivasiyalıdır və əllərindən gələni etməyə çalışırlar. Bolidi təkmilləşdirməliyik. Keçənilkinə nisbətən yaxşı vəziyyətdəyik. Honda mühərrikləri testlərdə etibarlı olduğunu göstərdi və buna görə də xoşbəxtik. İlk yarış çətin olacaq. Rəqiblərimizin əsl gücünü bilmədiyimiz üçün müəmmalar çox olacaq. Məqsədimiz xal almaqdır. Hamı kimi biz də qışda çox işlədik və qarşılığını almaq istəyirik. Honda bizi təəccübləndirmədi. Onsuz da bazalarında necə işlədiklərini görmüşdüm və bilirdim ki, yaxşı vəziyyətdədirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*