B.Hartli bezib

Formula1-də iştirak etdiyi 4 yarışın hamısında cəza alan Brendon Hartli bildirib ki, cəzalar bezdiricidir.

F-1.az xatırladır ki, yeni zellandiyalı sürücü MGU-H qurğusu dəyişdirildiyi üçün yarışın startında 10 yer itirəcək.

Brendon Hartli: “Bezdirici haldır. Qaydaları anlayıram, amma Meksikada yaxşı sıralanma turu keçirə və yarışda xal ala bilərdim, ancaq geridə qaldım. Lakin mövsümün son 4 yarışı gələn ilə hazırlıq kimi oldu. Bazar günü Toro Rosso-nun turnir cədvəlindəki yerini qorumaq üçün trasa çıxacağıq. Geridönüş etmək çətin olsa da, əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*