F-1.az xatırladır ki, Niko Hülkenberq gələn ildən etibarən Renault komandasında çıxış edəcək. Force İndia komandası almaniyalı sürücünü əvəzləmək üçün bəzi sürücülərlə danışıqlar aparır. Bu sürücülər Esteban Okon, Kevin Maqnussen, Colion Palmer, Felipe Nasr və Markus Erikssondur.
Bob Förnli: “Son qərarı Vicey verəcək. Meksika yarışından əvvəl bu barədə danışmayacayıq. Bizim nəsə deməyimizin mənası yoxdur. Son sözü Vicey deyəcək.
Sponsoru olan istedadlı sürücüyə yox deyə bilməzsiniz. Amma Niko da bizə pul gətirmədi. Yəni sürücü sponsorsuz olsa, bu, bizim növbəti illərdəki planlarımıza təsir etməyəcək. Önümüzdə ağ səhifə var və Vicey bütün sürücüləri dəyərləndirəcək”.