F-1.az xatırladır ki, meksikalı sürücü Bəhreyn yarışına 18-ci yerdən başlasa da, mükəmməl taktika və sürüş ilə 7-ci yeri tuta bilmişdi.
Bob Förnli: “Peresin Bəhreyndəki sürüşü bir sözlə mükəmməl idi. Serxio lazımi marağı görmür. Aldığı nəticələr onun necə güclü sürücü olduğunu sübut edir. O mükəmməl sürücüdür və xalın qoxusunu duyanda, vəziyyəti yaxşı dəyərləndirir. Onda Fernando Alonso əzmi var və bu, uğur qazanmağa kömək edir. Sakitliyi və bolidlə davranmasına görə də digərlərindən fərqlənir. Onun kimi sürücümüz olduğu üçün şanslıyıq. Ümid edirəm ki, uzun illər bir yerdə işləyərik”.