F-1.az xatırladır ki, fransalı sürücü son cərgədən start aldığı yarışda 8-ci yerə yüksəlsə də, yarışı 12-ci yerdə bitirmişdi. 20 yaşlı sürücü son dövrəyə qədər Alonso ilə 10-cu yer uğrunda mübarizə aparmış, amma təcrübəli ispaniyalının hücumlarına tab gətirə bilməmişdi. Okon son dövrədə xalı əldən verdiyi üçün məyus olduğunu bildirmişdi.
Amma fransalı sürücünün gələnilki komandası Force İndia-nın rəhbər köməkçisi Bob Förnli gənc sürücüdən razı qalıb: “Bazar günü çox güclü Okon gördük və performansı təsiredici idi. Manor üçün mükəmməl performans göstərdi. Onun istedadından xəbərdarıq və verdiyimiz qərara görə rahatıq. Onun istedadından əmin olmaq üçün bu cür performansa ehtiyac yox idi”.
Manor-dan Deyv Rayan da Okona təriflər yağdırıb: “Esteban mükəmməl iş gördü. Sauber-ə çatmaq üçün yaxşı şansımız var idi, amma Nasr da əla performans göstərdi. Amma heyif ki, yarış yenidən başlayandan sonra bolidimiz onlarınkı qədər güclü deyildi. Hər şeyi etsək də, bu bəs etmədi”.