B.Förnli: “Hülkenberq üçün rəsmi təklif gəlməyib”

Hülkenberqin Renault komandasına keçəcəyi ilə bağlı şayiələr gəzsə də, Force İndia komandasının rəhbər köməkçisi bildirib ki, Hülkenberq üçün təklif gəlməyib...

F-1.az xatırladır ki, Suzukada çıxan xəbərlərə əsasən, almaniyalı sürücü Renault ilə müqavilə bağlamaq üzrədir. Fransızların Hülkenberqə uzunmüddətli və baha müqavilə təklif etməsi gözlənilir.

Amma Hülkenberqin Force İndia ilə 2017-ci ilin sonuna qədər müqaviləsi var. Bob Förnli bildirib ki, Renault onlara rəsmi təklif göndərməyib: “Deyəsən, qürur duymalıyıq. Gördüyünüz kimi Renault şirkəti Force İndia-nın hər şeyinə göz dikib. Hər şeyinə! Amma bunun üçün heç bir təklif gəlməyib. Nikoya təklif gəlib-gəlməməyindən xəbərim yoxdur. Həmişəki kimi işimizi görəcəyik. Niko gələn il də bizimlə qalacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*