B.Förnli: “Haas-ın konseptini sorğulamaq olar”

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, Haas komandasının F1-ə giriş konseptini sorğulamaq olar və komanda inkişaf etmək üçün mübarizə aparmalıdır...

F-1.az xatırladır ki, Haas komandası Formula1-də bu il debüt edib və bəzi icazə verilən detalları Ferrari-dən alıb. Amerikalılar eyni zamanda Ferrari-nin aerodinamik borusundan və ən sonuncu mühərriyindən istifadə edirlər.

Haas komandası ilk iki yarışdan sonra 18 xal toplayıb və mühəndislər çempionatında 5-ci yerdədir.

Bob Förnli: “Sözün düzü, Formula1-ə gəlmə formalarını və Ferrari-nin onlara kömək etməsini sorğulamaq olar.

Buradadırlar. İndiyə qədər olanlar indidən sonra ola bilməz. Ona görə də bolidlərini özləri təkmilləşdirməlidirlər.

Formula1-dəki debütləri uğurlu alındı. Biz buna dəstək verməliyik. Onlar öz bünövrələrini qurmalıdırlar. Əsl mübarizə budur.

Görək Haas komandası mövsüm ərzində və gələn il necə inkişaf edəcək. Bu əsas nöqtə olacaq.

Mən sülh tərəfdarıyam. Formula1-də keyfiyyətli komandaların olması çox gözəldir. Yaxşı idarəçilik, yaxşı sahibkarlıq və yaxşı pulların olması yaxşı haldır. Görək nəticəsi necə olacaq.

Bir il gözləyək və görək necə olurlar. Gələn il bu vaxt bolidlərini təkmilləşdirmək məcburiyyətində qalacaqlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*