F-1.az xatırladır ki, Avstraliyada mövsümün ilk yarışında Red Bull komandası Ferrari və Mercedes AMG-dən sonra ən yaxşı üçüncü komanda kimi göründü, amma Toro Rosso, Williams və Force İndia komandaları da mükəmməl performans göstərdilər.
Bob Förnli bu barədə açıqlama verib və bildirib ki, mövsüm ərzində ortabab komandalar arasında gərgin mübarizə olacaq: “Məncə, Willams bizdən çox üstün deyil və biz Red Bulld-dan da çox geri qalmırıq. Bundan başqa, Toro Rosso da çox təhlükəli komandadır.
Amma indi hansı komandanın daha yaxşı olduğunu demək çox çətindir.
Çünki tras şərtləri və yarış ərzində baş verən hadisələr ortabab komandalara çox təsir edir”.
Förnli bildirib ki, komandaların istifadə etdikləri güc qurğuları fərqli traslarda fərqli komandalara üstünlük gətirə bilər və ona görə də ortabab komandalar arasındakı balans tez-tez dəyişəcək: “Mövsümün ilk yarışında biz Red Bull-un təkəri yaxşı qoruduğunu gördük, amma Avstraliya trası Renault mühərriyinin Mercedes mühərriyinə qarşı zəif nöqtələrini göstərə bilən tras deyil.
Ona görə də növbəti yarışlarda ortabab komandaların yerləri tez-tez dəyişə bilər”.