B.Ekksltoun: “Fettel komandanın qurbanı oldu”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bu il çempionluğu əldən vermiş Fettelin qurban olduğunu düşünür.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk iki yarışını qazandıqdan sonra titula real namizəd sayılsa da, etdiyi səhvlərə görə tituli əldən verib.

Berni Ekklstoun: “Lyuis çempionluğa layiq olsa da, Sebastyan ikinciliyə layiq deyildi. Lyuis mükəmməl olsa da, komandasından tam dəstək aldı. Sebastyan barədə bunu deyə bilmərik. Məncə, Ferrari komandası prezidentləri Sercio Markionnenin ölümündən sonra köhnə vərdişlərinə qayıtdı. Rəhbər olmadıqdan sonra yaradıcı olmaqdansa, xaos əmələ gətirdilər. Kənardan baxan elə bilərdi ki, komanda Rəykkönenə işləyir. Fettel günahkar deyil, qurbandır. Ferrari onu dəstəkləsəydi, Sebastyan çempion ola bilərdi. Komanda nə olursa-olsun, çempionluğa namizəd olan sürücüsünü dəstəkləməlidir. Amma Ferrari bunu etmədi.

Vaxtında Jan Todt var qüvvəsi ilə Mixaeli dəstəkləyirdi. Yüksək səviyyəli pilot komandasından dəstək görməsə, səhvləri artar. Çünki beynində fərqli fikirlər formalaşar. Lyuis 2016-cı ildə Niko ilə mübarizə aparmalı oldu. 1986-cı ildə Williams komandası çempionluğu əldən verdi, çünki Naycel Mənsell və Nelson Pike arasında mübarizə gedirdi. Alen Prost bundan istifadə etdi. 2007-ci ildə Fernando Alonso da McLaren-lə rahatlıqla çempion ola bilərdi. Ron Dennis yeni gələn Lyuis Həmiltonun qarşısını ala bilərdi. Lakin etmədi və çempionluq Rəykkönenə getdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*