B.Ekklstounun quyusunu kim qazıb?

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Ross Braun onun işləməsinə icazə verməyib.

F-1.az xatırladır ki, Liberty Media 2017-ci ilin yanvarında Formula1-i Berni Ekklstoundan satın almışdı. Bundan sonra idmanı Çeyz Keri, Ross Braun və Şon Bratçes idarə etməyə başlamışdılar.

Berni Ekklstoun: “Bəzi iddialara əsasən, qovulmağımı Ross istəyib. Əgər belədirsə, indi xoşbəxtdir. Lakin bir gün Çeyz Keridən də qurtula bilsə, ikiqat xoşbəxt olacaq. Ross üçlükdə qalib gələcək. Çeyz və Şon İngiltərədə yaşamaq istəmirlər. İngiltərə isə Formula1-in silikon vadisidir, amma FOM Amerikaya köçürülsə, Ross İngiltərədə Formula1-in başçısı olar. Ross iki amerikalıya qulluqçuluq etmək üçün təqaüdə çıxmağı təxirə salmalıdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*