F-1.az xatırladır ki, Formula1-in kommersiya başçısı Berni Ekklstounun qayınanası qaçırılmışdı. Associated Press-in verdiyi məlumata görə, Aperiside Şunk artıq evindədir.
Keçən həftənin əvvəlində məlum olmuşdu ki, Berninin indiki həyat yoldaşı Fabiana Flozinin anası 22 iyulda San Pauluda özünün yaxşı mühafizə olunan evindən qaçırılıb. Onun qaytarılması üçün 120 milyon Braziliya realı (36,5 milyon ABŞ dolları) tələb olunurdu.