F-1.az xatırladır ki, Formula1-in kommersiya rəhbəri Berni Ekklstounun qayınanası Aperiside Şunk qaçırılmış və onun qaytarılması üçün 120 milyon Braziliya realı (36,5 milyon ABŞ dolları) tələb olunmuşdu. Lakin yaşlı qadın bir neçə gün əvvəl polisin keçirdiyi əməliyyat nəticəsində xilas edilmişdi.
Braziliya polisi bundan əvvəl iki nəfəri həbs etmişdi. Polis indi də üçüncü şəxsi – Berni və həyat yoldaşı Fabiana üçün çalışan helikopter pilotu Jorji Euriko da Silva şübhəli şəxs qismində saxlanılıb. Onun qaçırılma hadisəsini təşkil edən əsas şəxs olduğu bildirilir. Jorjinin saxlanılan digər iki şəxslə şübhəli telefon danışıqlarının olduğu aşkar edilib.
Berni Ekklstoun: “Polislər əla işlədilər. Mən xoşbəxtəm. Geridə qoyduğumuz bir neçə gün bizim ailəmiz üçün olduqca stressli, xoşagəlməz keçdi. İnsanın ailə üzvlərinin başına belə bir şeyin gəlməsi pis hissdir”.