B.Ekklstoun: “Yenidən diktator olmalıyam”

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, yenidən F1-in diktatoru olmaq istəyir...

F-1.az xatırladır ki, bəzi söz-söhbətlərə görə, Ferrari və Mercedes komandaları Ekklstounun vəzifədən getməsi üçün gizli kampaniya aparırlar.

Berni Ekklstoun: “Mən tez-tez şikayət etdim və yenə də şikayət edirəm. Bu sistem səhvdir.

Biz icazə verdik ki, Ferrari və Mercedes bizi idarə etsin. Bəs necə? Onlar komandaların çoxunu mühərriklə təmin edirlər və o mühərriklər komandalar üçün çox vacibdir.

Biz yeni ideyalar gətirəndə, çempionat iştirakçıları ilə əlbir olmalıyıq. Bu, düzgün deyil.

Demokratiya işləməyəndə belə olur. Əvvəlki illərə qayıtmalıyıq və Formula1-i yenidən qurmalıyıq. Mən o vaxtı daha güclü idim! Diktator idim!

Ancaq indi demokratiyadır və komandalar bundan istifadə edib, idmana zərər verirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*