F-1.az xəbər verir ki, Formula1-in kommersiya başçısı Berni Ekklstoun alqı-satqı işləri tamamlandıqdan sonra da vəzifəsində qalacağını, özü ilə birlikdə 21st Century Fox-un rəhbəri Çeyz Kerinin sosial media sahələrinə rəhbərlik edəcəyini bildirib. Bu, hələ ki, 8,5 milyard dollar dəyərində olan müqavilə imzalanmadığı üçün rəsmi olaraq açıqlanmayıb.
Berni Ekklstoun: “Vəzifəmdə qalmağıma qərar verilib. Əvvəlki kimi bütün işlərimi görməyə dacam edəcəyəm. Yaxşı xəbər isə Çeyz kimi bir insanın idarə heyətinə daxil olmasıdır. O, sosial mediaya nəzarət edəcək və Formula1-in dünyanın hər yerində izlənilməsi üçün çalışacaq. Bilirsiniz ki, mən heç vaxt o sahədə pul qazanmağın yolunu tapa bilməmişəm”.
Ekklstoun Çeyzin idarə heyətindən ayrılacaq Nestle-nin rəhbəri Peter Brabek-Letmatanın yerinə keçəcəyini bildirib: “Peter vəzifəsindən ayrılır və Çeyz onu əvəzləyəcək. Peter əla idarəçi idi, amma müəyyən sahələrə Çeyz qədər bilikli deyil. Çeyzin biliklərinin bizim həmin sahələrdə irəliləməyimizə kömək edəcəyinə ümid edirəm. Onun ABŞ-da TV kanalları iləmünasibəti yaxşıdır. Sponsorlarla əlaqələri var. O insanlarla illərdir ki, çalışır və bu yaxşı haldır. Bütün bunlar Formula1 üçün pozitiv şeylərdir”.