B.Ekklstoun vergidən yayınmaqda ittiham edilir

Formula1-in sabiq rəhbərinin adı tez-tez hansısa mövzuda hallanır. Bu dəfə də Britaniya mətbuatı onun 400 milyon funt-sterlinqdən çox vergidən yayındığını bildirir.

F-1.az xəbər verir ki, dünən Krallığın prokurorluq xidmətindən Gəlir və Gömrük idarəsi tərəfindən qaldırılan iddianı izlədiklərini bildiriblər. İlk məhkəmə 22 avqustda Londonda baş tutacaq. Reuters agentliyi hələ rəsmi sənədlərlə tanış olmadığını və buna görə də dəqiq heç nə bilmədiyini, eyni zamanda bunun özünə sürpriz olmadığını deyən 92 yaşlı biznesmenin sözlərinə yer verib.

Berni Ekklstoun: “Uzun zamandır ki, buna bənzər şeyin hazırlanması barədə eşidirdim, amma o bir qədər fərqli mövzu idi. Görək nələr baş verir”.

Berniyə qarşı vergi ilə bağlı iddia 2015-ci ildə də qaldırılmış, daha sonra bu ailə fondu olan Bambino şirkəti ilə əlaqələndirilmişdi. Ekklstoun da idarənin müqavilələrə məhəl qoymadığını bildirmişdi və bu məsələ uzanmışdı.

Bu dəfə isə məsələ daha ciddi görünür. Krallıq prokuroru Berninin müdafiə haqqının mövcudluğunu, hər bir qərəzdən qaçmağın vacibliyini, buna görə də prossess müddətində hər hansı açıqlamalardan yayınmalı olduqlarını qeyd edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*