B.Ekklstoun: “Sinqapuru itirmək istəmirik”

Formula1-in kommersiya rəhbəri Auto Moto und Sport-a müsahibəsində Sinqapur Qran Prisinin təqvimdən ayrıla biləcəyini demişdi.

F-1.az bildirir ki, Berni Sinqapurun Straits Times qəzetinə sözlərinin düzgün başa düşülmədiyini deyib.

Berni Ekklstoun: “Sözlərimi düzgün başa düşməyiblər. Mən sadəcə bildirmişəm ki, yarışın gələcəyi ilə bağlı qərar qəbul edilməyib. Bizə danışıqlar üçün vaxt verin, hər şeyin necə nəticələnəcəyini görəcəyik. Ümid edirəm ki, Sinqapur Qran Prisi təqvimdə qalacaq. Burada hamının Formula1-dən xoşu gəlir, biz bu mərhələni itirmək istəmirik. Danışıqlar davam edir və tezliklə – ilin sonuna qədər qərar qəbul olunacaq. Biz uzunmüddətli müqavilə bağlamaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*