F-1.az xatırladır ki, Sinqapur turizm anlamında istədiyini əldə etdiyi üçün yeni müqavilə imzalamayacaqları ilə bağlı xəbərlər çıxıb. Berninin sözləri də bu xəbərləri sanki təsdiqləyir.
Bundan başqa, 86 yaşlı rəhbər bildirib ki, Ferrari və Mercedes idmanı tərk edə bilərlər: “Eyni halı Mercedes və ya Ferrari ilə də yaşaya bilərik. Yenə də bu yarışların gedişatından asılıdır. Əgər rəqabət artsa, bu vəziyyət baş verməz.
Biz istehsalçıların bir gün gedəcəyini gözləyirik. Honda, BMW, Toyota kimi komandalar gedib və digər istehsalçıların da getməsi sürpriz olmaz.
Sinqapurda da bu cür hadisələr baş verir. Son illərdə turizm sahəsində çox inkişaf ediblır və artıq ölkələrini tanıtmaq üçün Formula1-ə ehtiyacları yoxdur. Bu işdən yaxşı pullar qazandılar. Buna görə də yarış keçirmək istəməmələri labüddür”.