F-1.az xatırladır ki, almaniyalı sürücünün gələcəyi hələ də müəmmalıdır. Bəzi mütəxəssislər isə düşünür ki, Ferrari bu il dördqat Dünya Çempionunu ikinci plana atacaq.
Berni Ekklstoun: “Sözün açığı, Sebastyanın artıq bir hədəfi olacaq: Həm sıralanma turunda, həm də yarışda Lekleri qabaqlamaq. Gənc komanda yoldaşını geridə qoymaq üçün əlindən gələni edəcək. Ümid edirəm ki, Ferrari ona qarşı ədalətli olar. Sebastyan əsl peşəkardır.
RTL kanalı Fettelin ayrılmasına görə 30 ildən sonra müqaviləsini yeniləmədi. Çünki ölkələri üçün əsas qəhrəman artıq olmayacaq. İsveçrə və Avstriya televiziyalarının necə davranacağı mənə maraqlıdır”.