B.Ekklstoun qırmızı bayraq gözləyib

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Maykl Masi Əbu Dabi yarışının sonlarında qırmızı bayraq çıxarmalı imiş.

F-1.az xatırladır ki, Əbu Dabi yarışının sonlarında Latifi qəza etmiş və trasa təhlükəsizlik maşını çıxmışdı. Bu rejimdən istifadə edən Maks Ferstappen təzə təkərə keçərək, Lyuis Həmiltonu qabaqlamış və titulu bayram etmişdi. Lakin. Masinin son dövrədə təhlükəsizlik maşını rejimini dayandırması müzakirələrə səbəb olmuşdu.

Berni Ekklstoun: “Son dövrədə çox şey tərs getdi. Yarış direktoru Masi, Latifinin qəzasından sonra qırmızı bayraqla yarışı saxlasaydı, əla olardı və özünü söz-söhbətlərdən qurtarardı. Çünki hər iki sürücü də startda təkər seçimində azad olacaqdı və biz Maks Ferstappenlə Lyuis Həmilton arasında üçdövrəlik mübarizənin şahidi olacaqdıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*