F-1.az xatırladır ki, 88 yaşlı və təcrübəli Ekklstoun 2017-ci ilin yanvarında Formula1-i Liberty Media-ya satmışdı. Buna baxmayaraq, əksər yarışlarda paddokda olan Berninin qayıdacağı ilə bağlı söz-söhbətlər gəzsə də, özü bunları təkzib edib: “Niyə Liberty-ni dəyişdirim? ”
Amma Kristian Horner düşünür ki, Berni Ekklstoun yeni müqavilənin bağlanmasında və təşkilatçılarla danışıqlarda Çeyz Keridən daha effektivdir.
Berni isə son illərdə azalan televiziya reytinqlərinin bu il artacağını düşünür: ” Rəqabət artsa, reytinq yüksələcək. Son illərdə Həmiltonun qazanacağı əvvəldən məlum idi. Vəziyyət belə olarkən bir məhsulu necə satacaqsınız? Ferrari bu il qalib gəlməlidir. Bolidləri güclüdür. Amma Sercio Markionnenin ölümü onlara pis təsir etdi. Sebastyan da məğlubiyyəti qəbul etdi və səhvləri artdı.
Fernando Alonsonun getməsi isə idman üçün böyük itkidir. Ümid edirəm ki, 2020-ci ildə Ferrari ilə yenidən qayıdar”.