F-1.az xatırladır ki, 87 yaşlı Ekklstoun karyerası ərzində Fanxio və Askari kimi sürücülər də daxil olmaqla bütün sürücüləri izləyə bilib.
Berni Ekklstoun: “Məncə, bütün dövrlərin ən güclü pilotu Alen Prostdur. Əgər bir az bəxti gətirsəydi, indi 6 çempionluğu var idi. O, doğrudan da sürətli idi və bunu karyerası ərzində nümayiş etdirdi. Sadəcə bəzən bəxti gətirmədi. Yoxsa indi fərqli mövqedə olardı”.