B.Ekklstoun: “Prost Formula1-in ən yaxşı pilotudur”

F-1.az xəbər verir ki, uzun illərdir ki, Formula1-də olan və bir çox məşhur sürücünü yaxından təqib etmək imkanı əldə edən Berni Ekklstoun İspaniya mediasının ona ünvanladığı "Formula1 tarixin ən yaxşı sürücüsü kimdir? Fanxio, Senna yoxsa Şumaxer?" sualına tamamilə başqa cavab verib.

Berni Ekklstoun: “Bunu demək çətindir. Amma bir ad çəkməliyəmsə, Alen Prost deyərəm. O, Şumaxer və Sennadan daha yaxşı pilot olub. Şumaxer komandadan və komanda yoldaşlarından çox yardım alıb. Sennada da vəziyyət oxşar idi. Amma Prost heç vaxt komanda və ya başqaları tərəfindən xüsusi diqqət görməyib. Həmişə mübarizə aparmağa məcbur idi, çünki hətta öz komandası daxilində də rəqibləri var idi.

Lakin mən Yohen Rindt ilə çox yaxın olmuşam. Onunla yaxşı dost və iş ortağı idik. Mənim üçün ideal sürücü idi, amma bütün dövrlər üçün ən yaxşıdı deyildi. Ən yaxşısı Prostdur…”

 

 

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*