B.Ekklstoun: Mövsüm təxirə salınmalıdır

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Liberty Media mövsümü tamamilə təxirə salmalıdır.

F-1.az xatırladır ki, koronavirus pandemiyasına görə Formula1 üzrə 2020-ci il mövsümünün ilk 8 yarışı ya ləğv edilib ya da təxirə salınıb. Bundan başqa Tokyodakı Yay Olimpiya oyunları, Futbol Üzrə Avropa Çempionatı da 2021-ci ilə təxirə salınıb. Ancaq Formula1-in rəhbəri Çeyz Keri ümid edir ki, 15-18 yarışlıq Formula1 təqvimi tərtib edə biləcəklər.

Berni Ekklstoun: “Bu gün mən rəhbər olsam nə edərdim? Açıq deyirəm ki, mən təxirə salmağı düşünərdim. Hamının təhlükəsizliyi üçün bunu etməliyik. Beləliklə, heç kim boş yer planlar qurmazdı. Pis haldır, amma vəziyyət belədir.

Əgər mövsümü başlada bilsələr və 15-18 yarış keçirsələr, çox təəccüblənərəm. Ümid edirəm ki, bacararlar. Gələn ilin əvvəlində də 3-4 yarış keçirə bilərlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*