F-1.az İtaliya mətbuatına istinadən xəbər vermişdi ki, Montsa rəhbərliyi ilə Berni Ekklstoun arasındakı danışıqlar nəticə verməyib, İtaliya Qran Prisi İmola və Mucello traslarından birində keçirilə bilər.
Bu mövsümün sonunda Montsanın Formula1 ilə müqaviləsi yekunlaşır və hələ də yeni razılıq əldə olunmayıb. Bütün bunlara baxmayaraq, Formula1-in əsas söz sahibi Montsanın bu idmandakı gələcəyi barəsində əmindir.
Berni Ekklstoun: “Montsanın bundan sonra da İtaliya Qran Prisinə ev sahibliyi edəcəyini düşünürəm. Danışıqlar davam edir və razılığa gələcəyimizdən əminəm”.