B.Ekklstoun: “Montsanın taleyi məlum deyil”

Formula1-in rəhbəri Berni Ekklstoun Las Veqasda Formula1 yarışı keçirilməsi üçün əlindən gələni edir...

F-1.az xatırladır ki, Berni Ekklstoun ABŞ-da Ostindən sonra başqa bir yarış da keçirtmək istəyir və bu plan üçün Nyu York şəhəri düşünülürdü. Amma Ekklstoun bildirib ki, Las Veqas üçün planlar qurur, amma çətinliklərlə üzləşib: “Bəli, biz mübarizə aparırıq.

Mən istəyərəm ki, tras Las Veqas Strip üzərində olsun və insanlar televizorlarını açanda yarışın Las Veqasda olduğunu anlasınlar”.

Ekklstoun əlavə edib ki, Las Veqas ilə danışıqlar nəticəsiz qalsa, o başqa yerlər ilə danışıqlar aparacaq: “Nyu York əldən getdi, amma yarış keçirə biləcəyimiz başqa şəhərlərlə danışıqlarımız davam edir”.

Berni Ekklstoun bildirib ki, Montsa trası ilə danışıqlar davam edir və heç bir yenilik yoxdur: “Bu il Montsada yarış olacaq, amma növbəti illərdə nə olacağını bilmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*