F-1.az xatırladır ki, Ferrari almaniyalı sürücü ilə ilin sonunda yolları ayıracaq. Buna görə də dördqat Dünya Çempionunun adı tez-tez Mercedes-lə hallanır.
Berni Ekklstoun: “Fettel birillik fasilə verməlidir və 2022-ci ildə idmana qayıtmalıdır. Bu il uğur qazanacağına inanmıram. Ferrari-ni favorit saymıram. Amma Mercedes və Red Bull bir-birlərinə yaxındırlar.
Ferrari niyə ilin sonunda komandadan ayrılacaq sürücüyə fokuslansın? Bu, məntiqli deyil. Sebastyanın Mercedes-ə transferindən danışsaq, Totonun əlində iki güclü sürücü var. Komandada Lyuis Həmilton varkən niyə Fetteli alsınlar? İkinci sürücü üçün iki alternativləri var – Bottas və Rassel”.