F-1.az xatırladır ki, Ferrari son iki yarışda Red Bull-dan daha az xal toplayıb və Red Bull mühəndislər kubokunda Ferrari ilə aradakı fərqi 6 xala endirib.
Berni Ekklstoun: “Artıq Mercedes-ə ən yaxın komanda Red Bull-dur. Gələn il də Red Bull bu tempini davam etdirəcək. Təbii ki, Ferrari-nin çempionluq mübarizəsi verməsi Formula1 üçün yaxşı olardı.
Düşünürəm ki, Sercio Markionne yaxşı işlər görür. Amma Formula1-dən xaric də görüləsi işlər var. Əgər Ferrari yenidən güclənmək istəyirsə, 7 gün 24 saat işləməlidirlər. Hər şey Arrivabenedən aslıdır”.