F-1.az xatırladır ki, Formula1-i yaxın keçmişdə Toyota, Honda, BMW kimi markalar tərk etmişdilər. Bəzən böyük istehsalçılar Formula1-dən istədiklərini aldıqda və ya heç bir uğur qazana bilmədikdə idmandan gedirlər. Berni Auto Motor und Sport-a müsahibəsində belə hallar təkrarlanmasa təəccüblənəcəyini deyib.
Berni Ekklstoun: “Mercedes və ya Ferrari-nin ayrılması ilə qarşılaşa bilərik. Amma düzünü demək lazımdırsa, yarışlar daha maraqlı olacaqsa, heç də pis olmaz. Bəzi istehsalçıların ayrılacaqlarını gözləməliyik. Mercedes özü üçün ən uyğun zaman gəlib çatdıqda, ayrılacaq. Belə şeyləri keçmişdə yaşamışıq. Toyota, Honda və BMW-yə baxın…”