F-1.az xatırladır ki, Mercedes 2014-cü ildə ən yaxşı turbo mühərriyini istehsal etmiş və son 3 mövsümdə rahatlıqla Dünya Çempionu tituluna yiyələnmişdi.
Formula1-də bu ildən etibarən yeni qaydalar tətbiq olunacaq və buna görə də çempionluq uğrunda mübarizənin bir neçə komanda arasında keçməsi gözlənilir. Amma Ekklstoun düşünür ki, Mercedes-in hegemonluğu davam edəcək: “İnanmıram ki, 2017-ci ildəki qayda dəyişiklikləri Mercedes-in hakimiyyətinə son versin. Hazırda ən yaxşı mühərriyə malikdirlər və bu, komandaya əlavə üstünlük qazandıracaq. Gələn il yenə də ən güclü komanda olacaqlar. Amma mühərriklə bağlı qaydalar dəyişsə, vəziyyət bərabərləşə bilər”.
Ekklstoun yarışları iki yerə bölmək ideyasını yenidən gündəmə gətirib: “İzləyicilərin diqqətini cəlb etmək artıq daha çətindir. Məncə, 2 saatlıq yarışı hərəsi 40 dəqiqə olmaqla, 2 yerə bölməliyik. Belə olan halda, daha çox izləyici cəlb edə bilərik. Uzun yarışlar azarkeşlərin diqqətini cəlb etmir. Liberty Media da icazə versə, bunu reallaşdıra bilərik”.
Berni Ekklstoun sonda Mik Şumaxer üçün “Atası kimi güclü olsa, niyə də yox? Şumaxer markasını idmanda görmək Formula1 üçün mükəmməl olar” deyib.