F-1.az xatırladır ki, Əbu Dabi yarışının son dövrəsində təhlükəsizlik maşını trası tərk etmiş və daha təzə təkərlərə sahib olan Maks Ferstappen rəqibi Lyuis Həmiltonu keçərək, titulu bayram etmişdi.
Berni Ekklstoun: “Mercedes Əbu Dabi yarışının sonunda Bottası yolda saxlamalı idi. Bu, ağıllı addım olardı və bunu düşünmüşdüm. Təhlükəsizlik maşınının trasda qalması üçün bolidi saxlamağa yaxşı yerlər var idi. Əksəriyyət bu hərəkətə hirslənə bilərdi, amma yarış yenidən başlamazdı”.