F-1.az xatırladır ki, Mercedes AMG komandası 2014-cü və 2015-ci illərdə həm pilotlar çempionatında, həm də mühəndislər çempionatında titul qazanıblar.
Ancaq Formula1 mütəxəssisləri 2016-cı ildə Ferrari komandasının güclənməsini və çempionluq uğrunda mübarizə aparmasını gözləyirlər.
Berni Ekklstoun yeni mövsüm barədə danışıb: “Ümid edirəm ki, Ferrari layiq olduğu yerə qayıdar. Beləliklə, çempionluq uğrunda gərgin mübarizə gedəcək. Bu sözlər Red Bull komandasına da aiddir.
Əgər böyük dəyişiklik olmasa, Mercedes AMG-nin hegemonluğu davam edəcək.
Niko keçən ilin sonunda 3 qələbə qazandı və bu ildə ideal formada olacaq.
Həmilton və Rosberq bir-biri ilə mübarizə aparsa, yaxşı olar. Bəlkə də Rosberq artıq özünə daha çox güvənir. Amma mövsüm başlamadan proqnoz vermək olmaz. Hazırda pulumu hər hansı sürücünün qələbəsinə qoya bilmərəm”.