2016-cı ildə isə Ferrari-nin Mercedes-lə eyni gücdə olacağını, hətta onu üstələyəcəyini düşünənlər var.
F-1.az xəbər verir ki, Berni Ekklstoun bu üstünlüyün növbəti mövsümdə də davam edəcəyini bildirib: “Olduqca yaxşı şassiyə və ən güclü mühərrikə sahibdirlər. Pilotları da güclüdür. Onları məğlub etmək çox çətin olacaq. Mercedes başqa komandalara da mühərrik verir. Amma hiss olunur ki, o mühərriklər nisbətən zəifdir. Onlara çata biləcək yeganə komanda Ferrari-dir. Ümid edirəm ki, bu iki komandanın pilotları çempionluq uğrunda mübarizə apara biləcəklər…”