F-1.az xatırladır ki, Liberty Media Formula1-in loqotipini dəyişdirdikdən sonra düzülüşdəki qızlardan da imtina edərək tənqid hədəfi olub.
Berni Ekklstoun: “İndiyə kimi gördükləri işlərə baxanda heç birinin məntiqini anlamıram. Hər şeyi səhv edirlər. Yeni loqotip 1.4 milyon dollara başa gəldi. Bu lazımsız idi. Düzülüşdəki qızlardan imtina isə lap axmaqlıq oldu. Yarışların yeni start saatları isə futbol oyunları ilə üst-üstə düşür”.