F-1.az xatırladır ki, avstriyalı əfsanəyə keçən il yeni ağciyər köçürülmüşdü və evində bərpa müddəti keçirdi. Lakin böyrəyində də problem yaranan Lauda mayın 20-də dünyasını dəyişmişdi.
Berni Ekklstoun: “Nikinin həmişə öz düşüncəsi var idi və bu hala Formula1-də nadir hallarda rast gələrsiniz. İsveçrədə onun yanına getmişdim və çox zəif idi. Onunçün narahat idim. Artıq canı ağrımır və bu dünyadan şərəflə köçməsinə icazə verdilər. Bu, onunçün yaxşı haldır”.