B.Ekklstoun öz komandası ilə Formula1-ə qayıdır?

Almaniyanın Bild qəzeti yanvarda vəzifəsindən göndərilmiş Berni Ekklstounun komanda rəhbəri ola biləcəyini yazıb. Həmin komanda isə Formula1-ə qayıdacağı barədə şayiələr gəzən Brabham-dır.

F-1.az əfsanəvi Brabham brendinin Formula1-ə qayıda biləcəyi barədə xəbər vermişdi. Britaniyada dərc olunan Autocar qəzeti 2014-cü ildə dünyasını dəyişmiş üçqat dünya çempionu Cek Brəbhəmin varislərinin Brabham adı altında superkarların istehsalı ilə məşğul olan layihəyə start verməyə hazırlaşdıqlarını və yeni brendin reklamı üçün Formula1-dən istifadə olunacağını yazmışdı.

Hələlik təsdiq olunmayan məlumatlara əsasən, Brabham komandası hazırkı Force İndia-nın bazasında qurulacaq – Vicey Malya yaşadığı problemlər üzündən komandasını sata bilər. Deyilənlərə görə, köhnə-yeni komandanın həyata qaytarılmasında amerikalı sərmayədarlar böyük rol oynayacaqlar, amma hələlik dəqiq heç bir məlumat yoxdur.

Qeyd edək ki, Brabham komandası Formula1-də 1962-ci ildən 1992-ci ilə qədər çıxış edib. Berni Ekklstoun 1971-ci ildə komandanı alıb və 1987-ci ilə qədər komandaya rəhbərlik edib.

Tarix təkrarlanacaq?

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*