B.Ekklstoun: Həmiltonsuz F1-in marağı olmaz

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, idmanın Lyuis Həmilton kimi ulduzlara ehtiyacı var.

F-1.az bildirir ki, Lyuis Həmilton təkcə Formula1-in yox, avtoidmanın ən populyar adamlarından biridir. Onun sosial şəbəkələrdə milyonlarla izləyicisi var və Mercedes-lə olan müqaviləsini daha iki il uzadıb. Bu da həm azarkeşlər üçün Formula1 üçün əla xəbərdir.

93 yaşlı Berni Ekklstoun düşünür ki, Lyuis Həmilton idmanın populyarlığını artırmaq üçün çox vacib sürücüdür: “Həmişə demişəm ki, Formula1 Ferrari-siz problem yaşayar. Eyni hal Ferrari üçün də keçərlidir. Ancaq indi bu sualı da vermək lazımdır: Lyuissiz çempionat necə keçəcək? Məncə, darıxdırıxı şouya çevrilər.

Onun haqqında nə düşünürsünüz-düşünün, amma Lyuis avtoidmanın cazibəsini artırır. Lakin heyif ki, Formula1-də getdikcə texnologiya ön plana çıxır. Məncə, peletonda Lyuis kimi adamlara ehtiyac var. Yenidən yarış qazansa, əksəriyyətin gözündə bütün dövrlərin ən güclü sürücüsü olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*