B.Ekklstoun: “Həmilton F1-in başına gələn ən pis hadisədir”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Lyuis Həmilton idmanın başına gələn ən yaxşı və ən pis haldır.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2014-cü ildən bəri 50-dən çox qələbə qazanıb və 5 mövsümdə 4 dəfə Dünya Çempionu olub.

Berni Ekklstoun: “Lyuisin mükəmməlliyinə şübhə etmirəm. İdmanda yeganə xarakter odur və onun kimi üç sürücünün olmaması məyusedicidir. Hazırda Formula1-ə hobbi kimi yanaşır. Lyuis Formula1-in başına gəlmiş ən yaxşı və ən pis hadisədir. Ən yaxşıdır, çünki o, Formula1-in özüdür. Ən pisdir, çünki diqqətin hamısını öz üzərinə cəlb edir. Lakin bu onun problemi deyil. Formula1-dən daha böyük olan adam istəmərəm, amma o hamıdan və bütün komandalardan böyükdür. İngiltərədə bir F1 ulduzumuz var, amma onu təqdir edə bilmirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*