F-1.az xatırladır ki, son iki mövümdə gülərüz və şən olan Həmilton bu il istədiyi nəticələri qazana bilmir.
Berni Ekklstoun: “Həmiltonla danışdım. Mövsümün bitməsinə 17 yarış var və hələ də çempionluq şansı var.
Dünyanın sonu deyil. Yarış qazanıb çempion olanda heç şikayət etmirdi.
Hazırkı vəziyyətə baxmayaraq, çempion ola bilər. Buna inanıram”.
Sabiq Formula1 sürücüsü və 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Niko Rosberq aradakı xal fərqini qoruyacaq gücdədir. “Niko Rosberq uğura daha acdır. Aradakı fərqin də səbəbi budur.
Həmilton hələ də qalib gəlmək istəyir. Əgər məndən soruşsanız, çempionluq bəzi səbəblərə görə Həmilton üçün əvvəlki kimi vacib deyil.
Həmilton bir müddətdən sonra geridönüş edəcək. O yəqin ki, bunu düşünüb yoxsa belə getsə, fanlarını itirməyə başlayacaq və bu, qətiliklə onun istədiyi şey deyil”.