F-1.az xatırladır ki, Avstraliyada həftənin 4-cü günü McLaren komandasının bir işçisində koronavirus tapılmış və Britaniya təmsilçisi yarışdan çəkilmək qərarı almışdı. Bundan sonra Avstraliya yarışının ləğvi də gözlənilirdi. Ancaq yarış həftəsonu 12 saatdan sonra ləğv olunub. Buna görə də Liberty Media və Avstraliya Qran Prisinin təşkilatçıları sərt formada tənqid olunublar.
Berni Ekklstoun: “Uzun müddət heç bir iş görmədilər və buna görə tənqidlərə məruz qaldılar. Əlbəttə bunun səbəbi çoxdur. Heç kim məsuliyyəti boynuna götürmək istəmirdi. Çünki bütün xərclər yarışı ləğv edən tərəfin boynuna düşür. Bunu kim edirsə, maddi cəhətdən də məsuliyyəti üzərinə götürməlidir. Belə görünür ki, heç kim bunu etmək istəmədi”.