B.Ekklstoun hazırlıq vaxtını azaldacaq

FİA Berni Ekklstounun tələbi ilə 2017-ci ildən etibarən sürücülərin yarışdan əvvəl istifadə etdiyi hazırlıq müddətini azaldacaq.

F-1.az bildirir ki, pit yolu hər yarışdan 30 dəqiqə əvvəl açılır və 15 dəqiqə ərzində açıq olur. Bu müddət ərzində sürücülər pitdən istədikləri qədər keçə bilərlər. Amma gələn ildən etibarən pit yolunun 8 dəqiqə açıq qalması planlaşdırılır.

Hazırkı vəziyyətdə sürücülər himn seremoniyasına çata bilmirlər və startdan əvvəl dincəlmək üçün vaxt azalır. Braziliyada sürücülərin çoxu himn seremoniyasına ya çatmamışdılar, ya da gecikmişdilər. Bu sürücülər arasında Sebastyan Fettel, Censon Batton və Valtteri Bottas da var idi.

Bəzi məlumatlara görə, Ekklstounun işçiləri şəkillərə baxaraq, kimin olub-olmadığını yoxlayıblar və bundan sonra komandalarla əlaqə saxlayıblar.

Braziliyada hava yağışlı olduğu üçün sürücülər yaş trasda daha çox dövrə vurmaq istəyiblər. Buna görə də gecikiblər. Bu müddət azalandan sonra sürücülər öz yerlərinə daha tez düzüləcəklər. Bundan başqa yarışı yayımlayan qurumlar himn seremoniyaları gələndən sonra sürücülərdən bu müddətdə müsahibə ala bilmədiklərini demişdilər.

Bu mövzu barədə Çarli Uaytinq Əbu Dabidə komandaların təmsilçiləri ilə görüşüb və 2017-ci ildən etibarən dəyişikliklərin edilməsinə qərar verilib.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*