F-1.az xatırladır ki, Ekklstoun 2010-cu ildə Formula1-ə gələn Virgin (Marussia, Manor), Lotus (Caterham) və Hispania (HRT) komandalarının hər birinə 10 milyon dollar məbləğində ödəmə etmişdi.
Berni Ekklstoun: “Birinci ilə görə pul ödəməyəcəyik. Bu Haas üçün dünyanın sonu deyil. Onlar Formula1-ə gəlməmişdən əvvəl bunu bilirdilər. Onları Formula1-ə heç kim çağırmayıb. Onlar özləri Formula1-də yarışmaq istədilər.
Onlar rəqabətədavamlı olmaq istəyirlərsə, 4 il ərzində bir milyard dollar pul xərcləməlidirlər. Eynilə, Red Bull komandası kimi. Gözləyək, görək”.