F-1.az xatırladır ki, Həmilton təhlükəsizlik avtomobilinin çıxış dövrəsində birdən yavaşlamış və bunu gözləməyən Fettel arxadan britaniyalı sürücüyə çırpılmışdı. Bu insidentdən sonra ön qanadını zədələyən almaniyalı sürücü əsəbləşərək, Ferrari-sini Həmiltonun Mercedes-inə çırpmışdı. İnsidenti araşdıran stüardlar dördqat Dünya Çempionuna bu hərəkətinə görə 10 saniyə dayan və get cəzası versələr də, Ekklstoun Həmiltonu günahkar sayır: “Bu cür insidentlər bütün yarışlarda ola bilər. Məncə, Həmilton əyləcə basaraq, qəza yaşatmaq və Fettelə zərər vermək istəyirdi.
Buna görə də Fettelin reaksiyası normal idi. Həmiltona demək istədi ki, sənin hərəkətinin səbəbini bilirəm”.