B.Ekklstoun: “Formula1 elektrik seriyaya keçməlidir”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Liberty Media elektrik seriyaya keçməlidir.

F-1.az xatırladır ki, 2021-ci ildə Formula1-də mühərriklər dəyişiləcək və FİA indiki mühərriklərin daha sadə versiyasına keçməyi planlaşdırır.

Berni Ekklstoun: “Formula1-in adı çox böyükdür və arxasında böyük dəstəkçiləri var. Buna görə də yeniliklərə açıq olmaq lazımdır. Məncə, elektrik seriyalar getdikcə dəyər qazanacaq. Liberty Media da bunu nəzərə alaraq elektrik Formula1-i düşünməlidir. Bunu edə bilmərik? Elektrik Formula1 maşınları ilə yarışmaq gözəldir, lakin komandalar da eyni fikirdə olmalıdır. Sözün açığı, düşünürəm ki, Liberty Media bunu edəcək gücdədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*