B.Ekklstoun: “Formula1-ə qayıtmayacam”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Formula1-də idarə heyətinə qayıtmaq fikri yoxdur.

F-1.az xatırladır ki, Liberty Media yanvar ayında Formula1-i satın aldıqdan sonra, Ekklstonu istefaya göndərərək, onun yerinə Çeyz Keri, Ross Braun və Şon Bratçes üçlüyünü gətirmişdi. Amerikalılar idmanı aldıqdan sonra fanlarla münasibətləri yaxşılaşdırmağa fokuslanıblar.

Berni Ekklstoun: “Formula1-dən ayrıldım və indi yerimdə başqaları var. Çox yaxşı işləyirlər və geri qayıtsam, əvvəlki kimi performans göstərə bilməyəcəm. Qayıtmaq böyük səhv olar. Məndən daha 3 il qalmağımı istəsələr də, artıq çox şeyin dəyişdiyini gördüm. Bir az təəccübləndim. Məndən qalmağımı istədiklərində dedim ki, yeni avtomobil aldınız və özünüz sürməlisiniz. Burada işlər belə gedir. Yeni idarə heyəti yeni siyasi baxışlar deməkdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*