B.Ekklstoun: FİA məhkəməyə verilməlidir

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, bütün komandalar birləşib FİA-nı məhkəməyə verməlidirlər.

F-1.az xatırladır ki, FİA keçən il Ferrari-nin mühərrikini araşdırmağa başlamış və bu ilin fevralında araşdırmanı bitirmişdi. Lakin Beynəlxalq Avtomobil Federasiyası nəticələri açıqlamayaraq Ferrari ilə razılığa gəldiklərini bildirmişdi. Bu cavabdan narazı olan 7 komanda bundan sonra FİA-ya məktub göndərmiş və açıqlama istəmişdi.

Berni Ekklstoun: “Komandalar FİA-nı məhkəməyə verməlidir. Onlar milyonlarla dollar təzminat ala bilərlər. Əgər Ferrari günahsızdırsa, Jan Todtla niyə razılığa gəlsinlər ki? Bu hal mənə etiraf kimi gəlir.

Mən Formula1-in rəhbəri olanda yanğınsöndürən kimi idim. Çox yanğınlar söndürdüm. Mənim dövrümdə FİA, komandalar və mənim aramda ortaq nöqtə var idi və həmişə razılığa gələ bilirdik. Ancaq indiki halda bu, mümkün deyi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*