F-1.az xatırladır ki, almaniyalı sürücünün Ferrari ilə müqaviləsi 2020-ci ilin sonunda bitəcək. Bəzi iddialara əsasən İtaliya təmsilçisi onun əvəzinə Lyuis Həmiltonu transfer etmək istəyir. Belə olan halda isə dördqat Dünya Çempionu sabiq komandası Red Bull və ya Mercedes-dən təklif almasa, təqaüdə çıxacaq.
Berni Ekklstoun: “Sebastyanı uzun müddətdir görmürəm, amma qalib gəlmək üçün əlindən gələni edir. Ancaq 2021-ci ildə yarışıb-yarışmayacağını bilmirəm. Lakin mən onun idmanda qalacağına inanmıram. Yenə də ən doğru qərarı özü verəcək”.
Berni Ekklstoun gənc Şarl Leklerə təriflər yağdırıb: “Düzünü desəm, Şarl mənə gənc Mixael Şumaxeri xatırladır. Mükəmməl yarışçı olmaq üçün hər şeyə sahibdir”.